Zaqatalada 35 yaşlı qadın qaynı tərəfindən döyülüb.

Unikal.org ONA-ya istinadla xəbər verir ki, rayonun Qandax kənd sakini, 1984-cü il təvəllüdlü Esmira Şirin qızı Bayramova bədənin müxtəlif nahiyyələrinin küt travması xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, müayinə zamanı E.Bayramova qaynı tərəfindən döyüldüyünü bildirib. 

E.Bayramovanın müalicəsi xəstəxananın travmatologiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.