Bir neçə dəqiqə əvvəl Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində dəhşətli yol qəzası baş verib.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, paytaxt istiqamətində hərəkət edən Səhiyyə Nazirliyinə məxsus "Mercedes" markalı təcili tibbi yardım avtomobili sürətlə yolun kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində xidməti avtomobildə olan tibb bacıları və həkim ağır xəsarət alıb.

Hadisə yerindən keçən başqa avtomobillərdəki insanlar düşərək yaralılara kömək etməyə çalışıb. Yaralılardan birinin vəziyyətinin çox ağır olduğu bildirilir.