İranın İsfahan vilayətində Şəhid Babayi aeroportunda F14 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Unikal.org-un məlumatına görə, İran Hərbi Hava Qüvvələrinin F14 qırıcı təyyarəsinin təkərləri nasazlıq nəticəsində açılmayıb.

Hər iki pilot katapult edərək təyyarədən çıxıblar.

Hələlik hadisəyə rəsmi münasibət bildirilməyib.