Çin ABŞ-ın gömrük vergisi addımına cavab verib.

Unikal.org xəbər verir ki, Çin ABŞ-dan idxal olunan 5140 növ məhsula 5-25%-lik gömrük rüsumu tətbiq edib. Həmin məhsulların dəyəri 60 milyard dollardır. 2493 növ məhsula 25%, 1078 növ məhsul üçün 20%, 974 növ məhsul üçün 10%, 595 növ məhsul üçün isə 5% gömrük vergisi müəyyənləşdirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən günlərdə 200 milyard dollarlıq Çin məhsuluna 25% gömrük vergisi tətbiq edilməsi barədə qərar qəbul edib.