Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pridə ikinci qızıl medalını qazanıb.
Unikal.org xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İlk mərhələdən azad olan Ş.Hacıyeva 4/1 finalda özbəkistanlı Lobar Xürrəmovaya qalib gələrək yarımfinala yüksəlib. Ukraynalı Yuliya Halinskanı məğlub edən idmançımız qızıl medal uğrunda görüşə haqq qazanıb. Çinli Liqinq Liyə ipponla qalib gələn idmançımız beynəlxalq Qran-Pri yarışlarının çempionu adını qazanıb.
Qeyd edək ki, bu, Azərbaycan millisinin turnirdə ikinci qızıl medalıdır. İlk medalı yığmamıza Vüqar Şirinli (60 kq) qazandırıb.
Daha bir paracüdoçumuz qızıl medal qazandı
19:05 13-05-2019
İDMAN
Digər Xəbərlər
2024-04-18 19:46:47
2024-04-18 18:26:45
2024-04-18 17:35:25
2024-04-18 14:57:33
2024-04-18 14:21:00
2024-04-18 12:40:39
2024-04-18 12:00:00
2024-04-18 09:19:00
2024-04-18 00:35:55
2024-04-17 23:29:56
2024-04-17 21:49:12
2024-04-17 21:32:11
2024-04-17 20:51:32
2024-04-17 18:10:33
2024-04-17 15:15:13
2024-04-17 10:14:20
2024-04-17 10:03:37
2024-04-17 09:24:00
2024-04-16 21:54:37
2024-04-16 19:08:26