ARB TV-nin "Söhbət var" verilişinin növbəti buraxılışında qonaq əməkdar artist Sahib İbrahimov olub.

Unikal.org xəbər verir ki, o, iştirak etdiyi toyların birində başına gələn maraqlı hadisəni danışıb:

"Şamaxıda şadlıq evlərinin birində toy məclisində iştirak edirdim. Saat 22:00-a qədər toy məclisində ancaq ara mahnılar səsləndi. Nəhayət 22:30-da qalxdım ayağa ki, oxuyam. Təqribən 60 yaşlarında bir nəfər qalxdı ayağa və mənə dedi ki, Sahib müəllim, adın-sanın var, amma 1 qəpiklik toy apara bilmirsən. Dedim, düz deyirsən, imkan verirlər ki oxuyaq?!"