20 May 2019
19 May 2019
Paytaxtda sərxoş sürücü qəza törətdi - FOTO
Paytaxtda sərxoş sürücü qəza törətdi -FOTO HADİSƏ 22:46 2019-05-13

Bakının Suraxanı rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Yeni Ramana qəsəbəsi ilə Şuşa şəhərciyi istiqamətində hərəkətdə olan "20-DE-409" dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxması nəticəsində 5 maşın toqquşub.

Nəticədə bir nəfər xəsarət alıb, həmçinin avtomobillər yararsız hala düşüb. Hadisəni törədən sürücünün sərxoş olduğu bildirilir.

Əraziyə DYP və PPX əməkdaşları cəlb olunub.


  • Paytaxtda sərxoş sürücü qəza törətdi -FOTO
  • Paytaxtda sərxoş sürücü qəza törətdi -FOTO