20 May 2019
19 May 2019
Avtomobil Merkelin təyyarəsi ilə toqquşdu - FOTO
Avtomobil Merkelin təyyarəsi ilə toqquşdu -FOTO DÜNYA 23:45 2019-05-13

Dortmund şəhər aeroportunda Almaniya kansleri Angela Merkelin təyyarəsinə avtomobil çırpılıb.

Unikal.org xəbər verir ki, bu barədə Almaniyanın Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Hökumət təyyarəsi Dortmundda zərər çəkib. Yerüstü xidmətlərin nəqliyyat vasitəsi dayanacaqda olan "Global 5000" laynerinə çırpılıb", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu hadisə səbəbindən kansler təyyarəsini dəyişmək və Dortmunddan Almaniya Müdafiə Nazirliyinin təyyarəsi ilə uçmaq məcburiyyətində qalıb.

Hadisə sürücünün avtomobili əl əyləcinə qoymadan tərk etməsi səbəbindən baş verib. Qəza zamanı Merkel təyyarənin salonunda olmayıb.