PKK terrorçuları Türkiyənin Hakkari bölgəsinin Yüksəkova rayonunun İranla sərhəd hissəsində yerləşən hərbi bazaya hücum ediblər.

Unikal.org xəbər verir ki, terrorçuların açdığı atəş zamanı ağır xəsarət alan Türkiyə ordusunun əsgəri Yüksəkova dövlət xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. 

Türkiyə Silahlı Qüvvələri cavab atəşi ilə terrorçulara ağır zərbələr endirib.