Tovuz  rayon sakini  Tovuz  Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki,  ona məxsus mağazadan mayın 6-dan 7-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradan 350 manat nağd pulu oğurlayıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, dərhal Tovuz  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, Ayaz Qasımov şübhəli qismində saxlanılıb. 

İlkin dindirmə zamanı o, ağır dərəcəli sərxoş oluğunu və hadisəni də spirtli içkinin təsiri altında törətdiyini etiraf edib, əldə etdiyi pulun bir qismini xərclədiyini  deyib. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.