Orta məktəb şagirdi olan qız başına gələn biabırçılığı müəlliminə yazdığı məktub vasitəsilə çatdırıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Kaş mahalında 8-ci sinfdə oxuyan qızın hamamda olarkən ögey atası tərəfindən fotoları çəkilib. 

Bildirilir ki, 8-ci sinf şagirdi Y.T ötən ilin mart ayında məktəbin direktoruna yaxınlaşaraq öge atası tərəfindən cinsi istismara məruz qaldığını və hamamda olarkən onun fotolarını çəkdiyini iddia edib.  Lakin Y.T hər hansı nəticə əldə edə bilmədiyi üçün aprelin 10-da müəliminə vəziyyəti anlatmaq məcburiyyətində qalıb. 

Məktəbli qız müəlliminə başına gələnləri anlatmaq istədiyini, ancaq utandığını deyib. Müəlliminin isə "yazılı şəkildə anlad" deməsindən sonra Y.T bütün hadisəni məktuba yazıb. Məktubunda yaşadıqlarının çox utancverici olduğunu qeyd edən qız hələ də hadisənin təsiri altında olduğunu, psixologiyasının pozulduğunu bildirib. 

7-ci sinfdə olarkən məktəbə yola düşmək üçün hazırlaşdığı zaman anası və böyük bacısının işə getdiyini deyən Y.T məktubunda "Mən və atam evdə idikş Atama güvənərək duş almaq üçün hamama girdim. Bundan sonrası isə fəlakətdir" deyə qeyd edib. 

Ögey atasının vanna otağının üst hissəsindəki boşluqdan mobil telefonuyla onun fotolarını çəkməyə çalışdığını bildirən Y.T. vəziyyətin fərqinə vardığını, ancaq qorxudan heç kimə heç nə demədiyini, ailəsinin və qohumlarının bu durumdan xəbərsiz olduğunu ifadə edib.  Məktubu oxuyan müəllim Y.T və sinif rəhbəriylə birlikdə məktəb direktoruna yaxınlaşıb. Müəllimlər şagirdin söylədiklərini əsas götürərək bölgə təhsil şöbəsinə və prokurorluğa məlumat verib. 
Prokurorluqda hadis ilə bağlı istintaq başladılıb. 

Y.T.-nin həllə də ögey atası, anası və böyük bacısıyla birlikdə eyni evdə yaşadığı söylənilir.