“Dəmirçi Plaza”da yanğın təhlükəsi yaranıb.

Unikal.org-un məlumatına görə, iş mərkəzinin zirzəmisində qısaqapanma olub. Nəticədə tüstülənmə meydana gəlib. Binadakı şəxslər təxliyə olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.