20 May 2019
19 May 2019
Bakıda avtobusda dava: Sərnişin sürücünü təpiklədi - VİDEO
Bakıda avtobusda dava:Sərnişin sürücünü təpiklədi - VİDEO HADİSƏ 15:32 2019-05-14

Bakıda 91 saylı marşrut avtobusunda insident baş verib.

Unikal.org Aznews-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Avtovağzal-Binəqədi istiqamətində hərəkət edən 91 saylı avtobusda münaqişə yaşanıb.

Təxminən 20-25 yaşlı sərnişin sürücüdən avtobusu dayanacaqdan kənar yerdə saxlamağı tələb edib.

Adil adlı sürücü onun istəyini yerinə yetirməyəndə sərnişin birbaşa sürücünün üstünə yeriyərək təpikləməyə başlayıb.

Avtobusda olan digər sərnişinlər onları ayırmağa çalışsalar da buna nail ola bilməyiblər.