Bakıda tələbələr arasında dava ölümlə nəticələnib.

Unikal.org Ona-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki,  Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.