19 İyul 2019
ADNSU-da SABAH qruplarına qəbulla bağlı tədbir keçirildi - FOTO
ADNSU-da SABAH qruplarına qəbulla bağlı tədbir keçirildi- FOTO REPORTAJ 16:48 2019-05-14

Mayın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2019-2020-ci tədris ili üçün SABAH qruplarına qəbulla bağlı I kurs tələbələri ilə görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, ADNSU SABAH qruplarının rəhbəri Nərminə Əliyeva, universitetin professor-müəllim heyəti, eləcə də ADNSU və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak edib.

ADNSU-nun tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev tədbiri açaraq SABAH qruplarının təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində oynadığı rolun əhəmiyyətindən danışıb.

SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə tələbələrə SABAH qrupları haqqında geniş məlumat verib, seçim və qəbul prosesi, təqaüd qaydaları, tədris imkanları və digər üstünlüklərindən danışıb. 2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olduğunu söyləyən  Ş.Seyidzadə 721 nəfər məzundan 37%-nin yerli, 16%-nin isə xarici universitetlərdə magistr pilləsinə qəbul olunuduğunu, 30%-nin isə daimi işələ təmin edildiyini diqqətə çatdırıb. Ş.Seyidzadə qeyd edib ki, SABAH qruplarına daxil olan tələbələr həm yüksək səviyyəli təhsil almaq şansı qazanacaqlar, həm də təhsil müddətində əlavə təqaüd, yataqxanada pulsuz yerləşdirilmə, qidalanma kimi bir sıra maddi imtiyazlara malik olacaqlar. 

ADNSU SABAH qruplarının rəhbəri Nərminə Əliyeva universitetin SABAH mərkəzi haqqında məlumat verib, hazırda ali məktəbdə 7 ixtisas üzrə 374 nəfər tələbənin SABAH qruplarında təhsilini davam etdirdiyini qeyd edib.

Tədbirdə SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.


  • ADNSU-da SABAH qruplarına qəbulla bağlı tədbir keçirildi- FOTO
  • ADNSU-da SABAH qruplarına qəbulla bağlı tədbir keçirildi- FOTO
  • ADNSU-da SABAH qruplarına qəbulla bağlı tədbir keçirildi- FOTO
  • ADNSU-da SABAH qruplarına qəbulla bağlı tədbir keçirildi- FOTO