Ermənistan ordusunda əsgər ölümü baş verib.  

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan öz “facebook” səhifəsində yazıb.

Bildirilir ki, 1999-cu il təvəllüdlü Ararat Xaçumyan bu gün orduda baş vermiş hadisə nəticəsində ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.