Çinin Binçjou şəhərində yaşayan 52 yaşlı qadın qohumları ilə dalaşıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, o, hər kəsin gözü önündə boynundan açdığı 40 santimetr uzunluğunda qızıl boyunbağını udub.

Dərhal xəstəxanaya aparılan qadın əməliyyat edilib. Həkimlər boyunbağının onun mədə-bağırsağına zərər vermədiyini deyiblər.