Rusiya Prezidenti Vladimir Putinin təyyarəsini altı ədəd beşinci nəsil Su-57 qırıcısı müşayiət edib.

Unikal.org Rusiya KİV-ə istinadla xəbər verir ki, qırıcılar prezident təyyarəsini V. Putinin Axtubinsk şəhərinə səfəri zamanı müşayiət edib.

Rusiya Prezidenti səfər zamanı şəhərdə aviasiya texnikasının və perspektiv silahların nümunələri ilə tanış olub.