26 May 2019
25 May 2019
“Eurovision” başladı
“Eurovision” başladı MƏDƏNİYYƏT-ŞOU 00:17 2019-05-15

İsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı yarışmasının ilk yarımfinalı başlayıb.

Unikal.org xəbər verir ki, birinci yarımfinalda 17 ölkənin təmsilçisi iştirak edəcək, onlardan 10-u beynəlxalq müsabiqənin finalına seçiləcək.

Mayın 14-də Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San Marino iştirakçıları səhnəyə çıxacaqlar.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da ikinci yarımfinalda çıxış edəcək.

Müsabiqənin finalı 18 Mayda keçiriləcək, açılışda pop ulduz Madonna səhnəyə çıxacaq.