26 May 2019
25 May 2019
Ərdoğan İlham Əliyevə zəng etdi: "bundan sonra..."
Ərdoğan İlham Əliyevə zəng etdi:"bundan sonra..." SİYASƏT 14:28 2019-05-15

Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə telefonla zəng edib. 

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətindən məlumat yayıb. 

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlət başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.