23 İyul 2019
22 İyul 2019
Bakının mərkəzində su kəmərindəki qəza aradan qaldırıldı
Bakının mərkəzində su kəmərindəki qəza aradan qaldırıldı CƏMİYYƏT 15:45 2019-05-15

Bakının mərkəzində magistral su xəttində baş verən qəza aradan qaldırılıb.

Bu barədə Unikal.org-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerinə cəlb edilən qəza xidməti borunu təmir edib və ətraf ərazilərə suyun verilişi bərpa edilib: "Ötən gün baş vermiş qəza aradan qaldırılıb, artıq bu gün səhər saatlarından ətraf ərazilərə içməli suyun verilişi bərpa olunub".

Xatırladaq ki, mayın 14-də günorta saatlarında paytaxtın Rəşid Behbudov küçəsində 500 mm diametrli magistral polad boru kəmərində qəza baş vermişdi. Hadisə nəticəsində bir neçə küçəni su basmış, avtomobillərin hərəkətində problem yaranmışdı.