15 İyul 2019
"Agentliyin adından dələduzlar ticarət şəbəkələrində reyd keçirirlər" - Qoşqar Təhməzli
"Agentliyin adından dələduzlar ticarət şəbəkələrində reyd keçirirlər" -Qoşqar Təhməzli CƏMİYYƏT 17:03 2019-05-15

"Qida Təhlükəsizliyi Agentliyinin adından müxtəlif dələduzlar əsasən ticarət şəbəkələrində reyd keçirirlər. 

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. O vurğulayıb ki, sözügedən dələduzlar agentliyin adından ticarət şəbəkələrində reyd keçirərək vəsiqə təqdim edir, özlərini agentliyin əməkdaşı kimi göstərirlər: 

O məsələ ilə bağlı, artıq Respublika Prokurorluğu tərəfindən cinayət işi açıldığını və bir neçə nəfər həbs olunduğunu deyib:

"Cinayət işinin arealı da genişlənir. Müxtəlif rayonlardan bizə məlumatlar daxil olur ki, digər rayonlarda belə faktlar aşkar olunub. Hazırda hüquq-mühafizə orqanları onlar haqqında lazımi tədbirlər görür. Sonda qərar veriləcək ki, bu, fərdi və ya şəbəkələşmiş formada olub. Amma aşkar olunmuş faktlarda 3 nəfər bir, 2 nəfər bir, 1 nəfərin də tək belə dələduzluq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb".