Qaradağ rayonunda ehtiyyatsızlıq üzündən ölüm hadisəsi qeydə alınıb.

Unikal.org ona-ya istinadən xəbər  verir  ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Abbasova Ayla Ramin qızı yaşadığı evin 4-cü mərtəbəsinin pəncərəsindən yerə yıxılıb.

Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.