ARB TV-nin “Səhər-Səhər” proqramının aparıcısı Elgiz Əkbər illər öncə çəkildiyi filmdə başına gələn maraqlı hadisəni danışıb.

“Sssenari yox idi, hamı inprovizasiya edirdi. Mənə deyildi ki, əsəbini nümayiş et. Axı mən aktyor deyiləm. Bilmədim nə edim. Əməkdar artist Gülnar Salmanovanı aldım qucağıma tulladım divana. Sən demə, qadın şəkər xəstəsidir. Gülnar xanımın ürəyi getdi.

Həmin filmdə təcili yardımın gəlməsi, o an olanlar hamısı real baş verən hadisələr idi. Səhəri günü bütün xəbər portallarında, “Azərbaycan Respublikasının əməkdar artisiti Gülnar Salmanovanı  jurnalist Elgiz Əkbər qətlə yetirdi” başlığı ilə xəbərlər çıxdı”.