22 Noyabr 2019
21 Noyabr 2019
Məşur zavoddan 31 ton əlvan metal oğurlandı - Polis iki nəfəri saxladı
Məşur zavoddan 31 ton əlvan metal oğurlandı -Polis iki nəfəri saxladı KRİMİNAL 15:05 2019-05-16

Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə şəhər ərazisindəki müəssisələrin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, zərərçəkmiş Bakı şəhər sakini T.Ələsgərov  2018-ci ilin dekabr ayından cari il may ayının 14-dək olan müddətdə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Azərbaycan məişət malları” ASC-nin həyətində icarə əsasında işlətdiyi metaləritmə sexindən 31 ton əlvan metal qırıntılarının oğurlandığını bildirmişdir.

Müraciətlə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri A.Kərimov və R.Əzizovu müəyyən edilərək saxlamışlar.  

Araşdırmalarla onların qeyd edilən əlvan metal qırıntılarını şəhər sakini olan bir nəfərə satdıqları müəyyən edilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.