22 Noyabr 2019
21 Noyabr 2019
Bakının bu yolları rənglənir
Bakının bu yolları rənglənir CƏMİYYƏT 15:31 2019-05-16

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri, Mərdəkan yol qovşağından Heydər Əliyev Beynəlxalq Aeroportu yol qovşağınadək, həmçinin Fətəli xan Xoyski küçəsində axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a bildirilib ki, bu səbəbdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.