Prezident İlham Əliyev görkəmli rəqqasə, Xalq artisti, Prezident təqaüdçüsü Roza İsmayıl qızı Cəlilovanın 90 yaşı tamam olması münasibətilə “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org xəbər verir ki, sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə Roza İsmayıl qızı Cəlilova “Şöhrət” ordeni ilə təltif edilsin".