15 İyul 2019
Prezident Norveç Kralını təbrik etdi
Prezident Norveç Kralını təbrik etdi SİYASƏT 17:30 2019-05-16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haralda təbrik məktubu ünvanlayıb.

Unikal.org-un xəbərinə görə, təbrik məktubunda deyilir:

"Əlahəzrət,

Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".