17 İyun 2019
16 İyun 2019
İKT sahəsində əməkdaşlıq üzrə müzakirələr aparılıb - FOTO
İKT sahəsində əməkdaşlıq üzrə müzakirələr aparılıb -FOTO İQTİSADİYYAT 18:25 2019-05-16

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İKT üzrə işçi qrupunun  iclası başa çatıb.
Unikal.org
xəbər verir ki, ikigünlük iclasa Azərbaycan tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İran tərəfindən rabitə və informasiya texnologiyaları nazirinin müavini, Rabitə Tənzimləmə Qurumunun prezidenti Hüseyn Fallah Çoşaqani rəhbərlik edib.
İclas çərçivəsində iki ölkə arasında radio-televiziya yayımı, radiotezliklərin idarə olunması, rabitə infrastrukturu, poçt xidmətləri, startaplar, peyk xidmətləri və elektron təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Sonda müzakirə olunan məsələlərin yekunlarına dair Protokol imzalanıb.
Qeyd edək ki, iki ölkənin nazirlərinin 2016-cı ilin oktyabr ayında Tehran şəhərində keçirilmiş görüşü zamanı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İKT üzrə işçi qrupunun yaradılması barədə qərar verilib. İşçi qrupunun birinci iclası 2017-ci ilin yanvar ayında Tehran şəhərində baş tutub.
 


  • İKT sahəsində əməkdaşlıq üzrə müzakirələr aparılıb -FOTO