Bakıda gənc oğlan itkin düşüb.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Sabunçu rayonu, Ə. Bağırov küçəsi ev 7-də qeydiyyatda olan, 1991-ci il təvəllüdlü Kərimov Rəşad Rəsul oğlu mayın 8-də Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 164 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.