“Eurovision - 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

Unikal.org xəbər verir ki, paytaxt Təl-Əvivin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda Azərbaycanla yanaşı, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya, İsveç və İsveçrədən olan ifaçılar çıxış edəcəklər. 

Təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq. 

Qeyd edək ki, müsabiqənin finalı mayın 18-də baş tutacaq.