Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Van-Erciş yolunda miqrantları daşıyan yük maşını idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində azı 5 nəfər həlak olub, 39 nəfər yaralanıb. Ölü sayının artacağı istisna edilmir. Əraziyə təcili tibbi yardım və xilasedici briqadalar cəlb olunub. Faktla bağlı araşdırma aparılır.