Türkiyədən yanacaq daşıyan Azərbaycana məxsus  yük maşını Naxçıvan Muxtar Respublikası arasında yerləşən Dilucu Gömrük Məntəqəsinin dayanacağında partladılıb.
Unikal.org
xəbər verir ki, hadisə nəticəsində bir gömrük əməkdaşı xəsarət alıb və xəstəxanaya yerləşdirilib. 
Tankerdə baş verən partlayış zamanı sürücü hadisə yerində olmayıb.
Türkiyə KİV-nin yaydığı məlumatda bildirilir ki, yanğın İran tərəfindən Türkiyə Dilucu Gömrük dayanacağına terrorçuların açdığı atəş nəticəsində baş verib. 
Belə ki, Naxçıvana keçmək üçün növbə gözləyən Azərbaycan  dövlət nömrə nişanlı neft daşıyan yük maşınına atəş açılıb. Türkiyənin bəzi informasiya agentlikləri yük maşının maye qaz daşıdığı haqqında məlumat yayırlar.  Nəticədə yük maşını tamamilə yanaraq yararsız hala düşüb. 
Hadisə yerinə hərbçilər, yanğın söndürən və təcili yardım briqadası cəlb edilib. 
Baş verən yanğınla bağlı ətraflı açıqlama verilmir.