“Arsenal” klubunun yarımmüdafiəçisi, erməni əsilli Henrix Mxitaryan Bakıya gəlməyəcək.  Belə ki, futbolçu Bakıda “Çelsi”yə qarşı keçiriləcək Avropa Liqasının final matçında oynamayacaq.

Unikal.org-un "The Times"a istinadən verdiyi xəbərə görə,  bu addımın təhlükəsizliyə görə atıldığını bildirilib. 

Klub rəhbərliyi hesab edir ki, erməni futbolçunun Azərbaycana gəlişi səs-küy yaranacaq. Bu da komandaya vacib oyun öncəsi mənfi təsir edə bilər.