Qaradağda avtomobildə silah gəzdirən şəxs saxlanılıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Qaradağ RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb.