20 İyun 2019
19 İyun 2019
İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA
İTV-dən tərs qoyulan bayraqla bağlıAÇIQLAMA MƏDƏNİYYƏT-ŞOU 16:35 2019-05-17

Dünən İsraildə baş tutan “Eurovision”un ikinci yarımfinaldan sonra keçirilən mətbuat konfransında Azərbaycan bayrağının mikrofon üzərinə tərs yapışdırılması tənqidlərə səbəb olub.

Unikal.org  xəbər verir ki, sosial şəbəkə istifadəçiləri bu səhvə görə, Azərbaycan nümayəndə heyətini qınayıb. 

İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov və nümayəndə heyətinin üzvü Murad Arif məsələyə münasibət bildirib:

“Təxribat olub-olmadığını dəqiq bilmirik. Faktiki olaraq təşkilatçıların səhvidir. Biz bayrağın tərsinə qoyulmasını görəndən dərhal sonra Hüsniyyə Məhərrəmova və Çingiz Mustafayeva məlumat verdik. Onlar həmin hissəyə özlərində olan bayrağı yerləşdirdilər”.