Füzuli Ələkbərov məşhur yapon şirkəti ilə işbirliyində
Füzuli Ələkbərov məşhur yapon şirkəti ilə işbirliyində

"Yamaha"nın Bakıdakı rəsmi distrübitoru nazirin nəzarətində imiş

Azərbaycanda geniş biznes impriyasına malik nazirlərdən sayılan Füzuli Ələkbərov haqqında maraqlı məlumat əldə etmişik. Belə ki, məşhur yapon markalarından birinin məhsullarının Azərbaycanda satışıfnı məh əmək və əhalinin sosial müdafiəsi nazirinə məxsus şirkət həyata keçirirmiş.

Bu xəbərin təfərrüatına keçməmişdən əvvəl qeyd edək ki, Füzuli Ələkbərovun biznes impriyasının nüvəsini "İmprotex" şirkəti təşkil edir və bu şirkət 1991-ci ildə yaranıb. Hazırda bu holdinq daha çox "İmprotex Group" kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib.
Maraqlıdır ki, bu fəaliyyət az müddət davam edib, sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçdi. Hazırda "İmprotex Group" ölkəmizdə ciddi holdinqlərdən biridir. Azərbaycanda ilk özəl avia şirkətin - "İmair"in yaradılması da məhz "İmprotex"in adıyla bağlıdır.
Hazırda "İmprotex" Şirkətlər Qrupu Azərbaycanın özəl sektorunda aparıcı mövqeyə sahibdir. Şirkət dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edir, bir sıra xarici dövlətlərdə nümayəndəliyini yaradır, tanınmış brendlərin Azərbaycan bazarına gətirilməsinə nail olub.
Nazir təyin olunduqdan sonra "İmprotex" Şirkətlər Qrupunun İdarə Heyətinin sədri postuna F.Ələkbərovun həyat yoldaşı İradə Ələkbərova gətirilib. Eyni zamanda şirkətdə nazirin çoxlu sayda qohumları işləyirlər. Elşən Ələkbərov, Vüqar Ələkbərov, Həsən Ələkbərov, Elxan Ələkbərov "İmprotex" Şirkətlər Qrupunda önəmli postlar tuturlar. Bu gün şirkətin çoxlu sayda müəssisələri fəaliyyət göstərir.
Hazırda biznes imperiyasının sərhədləri çay satışından diş məcunları, diş fırçaları, məişət kimyası, ətriyyatlar və s-dək genişlənən Ələkbərovun məşhur yapon şirkəti ilə haqqında danışdığımız işbirliyinin isə artıq 7 illik tarixçəsi var. Belə ki, sözügedən işbirliyini həyata keçirən "İmprotex Marine & Sporta Facilities" şirkəti 2005-ci ilin avqust ayında yaradılıb.
Nazirin holdinqinə daxil olan həmin şirkət dünya şöhrətli yapon ticarət markası -"Yamaha"nın rəsmi distribyutoru kimi fəal istirahət üçün geniş çeşiddə idman və dəniz avadanlıqları təklif edir. Şirkəti o cümlədən müxtəlif yelkənli qayıqlar, asma mühərriklər, hidrosikletlər, motosikletlər, qar motosikletləri, generatorlar və digər malların satışı və texniki xidmətiylə məşğuldur.
Məlumatı verən mənbə Füzuli Ələkbərovun başqa xarici brendlərlə də biznes ilişgiləri içərisində olduğunu istisna etmir.
Murad Can