Avstriyanın paytaxtı Vyanada Avropa Olimpiya Komitələri (EOC) İcraiyyə Komitəsinin növbəti iclası işə başlayıb.

Unikal.org-un məlumatına görə, tədbirdə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir.

Həmçinin, iclasa EOC prezidenti Yanez Kotsiyançiç, baş katib Rafael Panyotsi, Milli Olimpiya Komitələri Assosiyasiyasının baş katibi Qunilla Lindberq qatılıb. 

Qeyd edək ki, 18-19 mayda Vyanada Avropa Olimpiya Komitəsinin 40-cı Seminarı keçiriləcək. Seminarın gündəliyinə qarşıdan gələn Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabatı, müxtəlif komissiyaların məruzə çıxışları və gündəmdə olan mövzuların müzakirəsi daxildir.