25 İyun 2019
24 İyun 2019
Nərmini maşının yük yerinə salıb qaçırtdılar - VİDEO
Nərmini maşının yük yerinə salıb qaçırtdılar -VİDEO VİDEO 19:14 2019-05-17

Gənc qızın maşının yük yerinə qoyulub qaçırıldığını görən şahidlər dərhal bu haqda polisə məlumat veriblər. Avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqda isə həm qız özü, həm də onu qaçıran gənclər polis əməkdaşlarını baş verənlərin zarafat olduğuna inandırmağa çalışıblar.

Unikal.org xəbər verir  ki, Rusiya mətbuatının yaydığı məlumata görə, hadisə mayın 15-də axşam saat 10 radələrində Sankt-Peterburqdakı “Port Naxodka” ticarət mərkəzinin yeraltı dayanacağında baş verib. 25-30 yaşlarında olan iki azərbaycanlı öz həmyerlilərini ticarət mərkəzinin yaxınlığında qarşılayıb, onları yeraltı dayanacağa qədər ötürüblər. Oğlanlardan biri “Şkoda” markalı avtomobilin yük yerini açıb və 25 yaşlı Nərmini “baqaja” itələyib, digəri isə o biri qızı maşının salonunda əyləşdirib.

Bir müddətdən sonra polis əməkdaşları tərəfindən qara “Şkoda” saxlanılıb. Avtomobildəki gənclər heç bir cinayət törətmədiklərini, öz aralarında zarafatlaşdıqlarını bildiriblər. 25 yaşlı Nərminə gəlincə isə, videomüşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən o, yük yerində gəzintiyə çıxmağa müqavimət göstərmir. Görüntülərə əsasən bir tin gedəndən sonra azərbaycanlılar maşını saxlayır və qız yük yerindən düşüb salona əyləşir.