Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Yaşar Rzayevin qardaşı və oğlu bir gündə dünyasın dəyişib.
Unikal.org
-un əldə etdiyi məlumata görə, Yaşar Rzayevin  oğlu 45 yaşlı Hünər Rzayev üç gün əvvəl gecə saatlarında dünyasın dəyişib.
Hadisədən səhər saatlarında xəbərdar olan Yaşar Rzayevin qardaşı 69 yaşlı Namiq Rzayev ürək tutmasından vəfat edib.  
Qeyd edək ki, Yaşar Hüccətulla oğlu Rzayev 2000-2003-cü ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı  olub. 

FOTO: Yaşar Hüccətulla oğlu Rzayev