20 İyun 2019
19 İyun 2019
Nazirliyin müəssisəsində qadın özünü 3-cü mərtəbədən atdı
Nazirliyin müəssisəsində qadın özünü 3-cü mərtəbədən atdı HADİSƏ 14:05 2019-05-18

Göygöldə intihara cəhd hadisəsi baş verib. 

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Göygöldə yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 3 saylı psixonevroloji sosial xidmət müəssisəsində qeydə alınıb. 

Orada müalicə olunan Sumqayıt sakini 33 yaşlı A.Pirəliyeva özünü müəssisənin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edib.

A.Pirəliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.