77 gün davam edəcək sorğunun 40 günü artıq arxada qaldı.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Unikal.org-a verilən məlumata görə, bu müddətdə "Bir" Tələbə-Könüllü proqramının 203 könüllüsü 600-ə yaxın dayanacaqda 30.000 nəfərə yaxın müxtəlif yaş qruplarından olan paytaxt sakininin rəyini öyrənib. Şəhərin ictimai nəqliyyat sisteminin yenilənməsini arzu edən paytaxt sakinləri sorğuda həvəslə iştirak edir. Sizin rahatlığınız üçün görəcəyimiz işlərdə rəyinizi bilmək bizim üçün çox önəmlidir. Bir daha Sizi fəal olmağa və sorğuda iştirak etməyə dəvət edirik. 
Sosial sorğuda iştirak et! 
Arzularını hərəkətə gətir!