16 Sentyabr 2019
15 Sentyabr 2019
Sərnişin təyyarəsi təcili eniş etdi
Sərnişin təyyarəsitəcili eniş etdi DÜNYA 17:41 2019-05-18

İranın "Ata" Hava Yolları Şirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlığa görə təcili eniş edib.

Unikal.org-un məlumatına görə, İranın Şərqi Azərbaycan vilayəti aeroportları idarəsinin baş direktoru Mustafa Səfayinin sözlərinə görə, təyyarə Təbrizdən Tehrana uçurmuş.

Təyyarə mühərrikdə yaranan texniki nasazlığa görə Təbrizin Şəhid Mədəni aeroportuna geri dönüb.

Qeyd edək ki, uçuşdan əvvəl təyyarə yarım saat təmirə dayanıb, daha sonra havaya qalxıb. Ancaq bir neçə dəqiqə sonra təcili eniş etməli olub.