21 Sentyabr 2019
20 Sentyabr 2019
Ana 4 yaşlı qızı ilə birlikdə itkin düşdü
Ana 4 yaşlı qızı ilə birlikdə itkin düşdü CƏMİYYƏT 09:35 2019-05-19

Bakıda ana azyaşlı qızı ilə birlikdə itkin düşüb.

Unikal.org xəbər  verir  ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. 

Gəncə prospekti, 72 saylı ünvanda kirayədə yaşayan 1997-ci il təvəllüdlü Tağıyeva Qəmər İsi qızı və onunla birlikdə yaşayan qızı, 2015-ci il təvəllüdlü Tağıyeva Xədicə Elnur qızı mayın 16-da səhər saatlarında yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar. 

Faktla bağlı araşdırma aparılır. (trend)