Bu gün Azərbaycan kubokunda 2018-2019 mövsümünün qalibi müəyyənləşəcək.

Unikal.org xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda keçiriləcək həlledici matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gələcək. 

"Sumqayıt" tarixində ilk səfə finala çıxırsa, nominal meydan sahibi sayılan “qırmızı-qaralar” indiyədək 3 dəfə final həyəcanı yaşayıb və hamısında uduzub. 

Qeyd edək ki, kubokun qalibi ölkəmizi Avropa Liqasında təmsil edəcək.