Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qəza səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci km.-də, Şamaxının Mərzəndiyə kəndindən keçən hissəsində qeydə alınıb.

Yol ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və bir sərnişin ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.(report)