Sumqayıt şəhəri, 30-cu məhəllədə blokların birində oğurluq hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, iki nəfər şəxs bloka daxil olaraq dəhlizdə saxlanmış velosipedin dəmir barmaqlığa bağlandığı zənciri qıraraq onu oğurlayıb. Hadisə dəhlizə quraşdırılmış kamera tərəfindən anbaan lentə alınıb. 

Ev sahibi həmin iki şəxsi məhəllədə heç vaxt görməyib və tanımır. O, həmçinin oğrular evdə heç kimin olmadığı vaxtı müşahidə edərək gəldiklərini bildirib. 

Həmin videonu təqdim edirik: