Rusiyanın Novokuznetsk şəhərində 21 yaşlı Əlizadə Ağahüseyn Abbas oğlu yoxa çıxıb. 

Unikal.org xəbər verir ki, bu barədə “Liza Alert Kuzbass” axtarış dəstəsinin “VKontakte” sosial şəbəkəsindəki rəsmi səhifəsində yer alan məlumatda deyilir. 

Bildirilir ki, Ağahüseyni mayın 16-dan sonra görən olmayıb.