Xəbər verdiyimiz kimi bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçirilib.

Unikal.org xəbər verir  ki,  saat 16:00-dan DİM-in “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayımda imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş məlumat verilir.

Qapalı tipli test tapşırıqlarının doğru cavab etalonları veriliş boyu ekranda yerləşdiriləcək.