II Yelizavetanın əmisi oğlanlarından biri şahzadə Maykl Kentskonun 38 yaşlı qızı Qabriella Vindzor ərə gedib.

Unikal.org xəbər verir ki, o, Tomas Kinqstonla nikah masasına oturub. Mərasim Vindzor qəsrində baş tutub. Bu tarixdə ötən il həmin məkanda şahzadə Herri ilə Meqan Marklın toyu olmuşdu.

Gəlin "Luisa Beccaria"dan olan, onun üçün xüsusi tikilən ağ libas seçib. O, stilini uzunluğu 6 metr olan fata ilə damamlayıb. Qabriella yunan şahzadəsi olan nənəsi Marinanın və anası Mariya Kristinaya aid olan zinət əşyasından istifadə edib. Gəlinin gül dəstəsi isə ağ və bej rəngli çiçəklərdən yığılıb. Onun arasında bütün kral ailəsində gəlinlərin götürdüyü ağ çiçək də yer alıb.

Qabriellanın rəfiqələri isə bej rəngli paltar geyinib. 44 yaşlı maliyyəçi bəy Tomas isə qara smokinq seçib